Dünya ŞOKDA -

Dünya ŞOKDA - "Azərbaycanda uşaqların 70 faizi xəstədir" - HƏKİM

Hazırda oxunan: Dünya ŞOKDA - "Azərbaycanda uşaqların 70 faizi xəstədir" - HƏKİM

110026

Dünyada uşaqlar arasında soyuqdəymə və koronavirus əlamətlərinə bənzər xəstəlik yayılıb. İnfeksiyanın ilk əlamətləri boğaz ağrısı, qızdırma və əzələ ağrısıdır. Artıq bir çox ölkələrdə bu infeksiya səbəbindən ölüm halları da qeydə alınır. Böyük Britaniyada A qrupu streptokok infeksiyasına yoluxduqdan sonra ölən uşaqların sayı 20-yə çatıb. Həmin ölkədə yoluxanların ümumi sayı isə təxminən 31 min nəfər olub.

Uşaqlar arasında sürətlə yayılan xəstəliklə bağlı digər ölkələrdən də xəbərlər gəlir. Bəs, Azərbaycanda sözügedən xəstəliyin yayılma egtimalı və təhlükəsi nə qədərdir?

Bu barədə Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayevin sözlərinə görə A qrupu streptokok infeksiyası bəşəriyyət yaranandan var və gələcəkdə də olacaq:

“Haradasa lokal yoluxma olubsa, insanları təşvişə salmağa gərəg yoxdur. Azərbaycanda bu barədə vəziyyət stabildir. Qaldı ki, həmin infeksiyanın mənşəyinə, xəstəlik törədicilər müxtəlifdir. Viruslar, bakteriyalar və parazitlər var. A qrupu streptokok bakteriyadır. Bakteriyanın törətdiyi xəstəliyin müalicəsi virusların törətdiyi xəstəliklərin müalicəsindən kəskin fərqlınir. Biz virus sözünə öyrəşdiyimiz üçün hər şeyə virus deyirik. Hər xəstəliyin özünün törədicisi var. Hər törədicinin də müalicəsi fərqlidir. A qrupu streptokok daha çox boğaz ağrısı, angina verir və ən çox ürəyi, böyrəyi, oynaqları zədələyir.

Burada özünümüalicə qətiyyən yolverilməzdir. Bu bakteriya aşkar olunmaq üçün müayinə olunmalıdır. Aşkar olunubsa xəstəlik törədicinin müalicəsində antibiotiklər mütləqdir. Virusların müalicəsində antibiotik qəti qadağandır. Bakteriyaların müalicəsində isə antibiotik həyati göstərişdir. Bir sözlə həkim müayinəsi vacibdir”. 
Həkim valideynlərdən də gileylənib. O, deyib ki, əksər valideynlər uşaqlarını müayinə etmədən özünümüalicəyə başlayır:

“Valideynlər bizi nə vaxt dinləyib ki? Bu dəqiqə hansısa bağçaya, məktəbə və ya sinfə getsək, 70 faiz uşaq xəstədir. İnsanlarımız COVID kimi ağır bir xəstəliyin sınağından keçdi. Nə qədər təlimatlandırırıq ki, kontaktda olmayın, əlləri tez-tez yuyun və insanların sıx olduğu məkanlara getməyin. Bunlar adi bir məsələlərdir və uşağa demək lazımdır ki, əlini yu... Birmənalı olaraq xəstə uşaq kollektiv arasına aparılmamalıdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO