Kukla Teatrının rəhbəri DİNDİRİLİB? – AÇIQLAMA 

Kukla Teatrının rəhbəri DİNDİRİLİB? – AÇIQLAMA 

Hazırda oxunan: Kukla Teatrının rəhbəri DİNDİRİLİB? – AÇIQLAMA 

109995

Xəbər verdiyimiz kimi Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparılır. Teatrın yaradıcı heyətinin çoxu dindirilməyə çağırılır və onlardan izahat alınır.

Bu barədə Bizim.Media-ya açıqlama verən Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva bildirib ki, nə o, nə də teatrın rəhbəri, həyat yoldaşı Rəşad Əhmədzadə dindirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Kukla Teatrının yaradıcı heyəti dindirilməyə ÇAĞIRILDI - Yoxlamalarla bağlı AÇIQLAMA


“Yoxlama davam edir. Teatr kollektivinin çoxunu dindiriblər, hətta onlara izahat da yazdırıblar. Hələki vəziyyət belə də davam edir”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb.  

İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub. Kukla Teatrından sonra yoxlama digər teatrlara keçəcək.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO