“Tovuz rayonunda 1016 evdə yaşayan 3000-dən çox insan qışın bu soyuq günlərində sual verirlər ki, kəndimizdə qaz ola-ola evimizə niyə qaz çəkilmir?”
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva səsləndirib.
“Sovet dövründə ev tikmisənsə, abonent ola bilirsən, müstəqillik dövründə tikmisənsə, qazsız qalırsan.
Eyni kəndin bir küçəsində qaz verilir, digərində isə yox. Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, amma cavab ala bilməmişəm. Həmin qurumlar cavab versinlər ki, 1016 evin uşaqları niyə qışın bu soyuğunda titrəyə-titrəyə məktəbə getməlidirlər? Tovuz rayonunun 48 yaşayış məntəqəsinə ümumiyyətlə, qaz verilmir.
Dünyaya, Avropaya gedən qaz xətti Tovuzdan keçir. Əhali də deyir ki, bəs niyə bizə qaz verilmir? Deputat icra başçısı və müvafiq qurumlara yazır, amma yenə də problem həll olunmur”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:55 / 16.12.2022
“Tovuzda kəndin bir küçəsində qaz var, digərində yox” – Qənirə Paşayevadan SƏRT TƏNQİD
Hazırda oxunan: “Tovuzda kəndin bir küçəsində qaz var, digərində yox” – Qənirə Paşayevadan SƏRT TƏNQİD
Hazırda oxunan: “Tovuzda kəndin bir küçəsində qaz var, digərində yox” – Qənirə Paşayevadan SƏRT TƏNQİD
109953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.