“Qarabağdakı enerji xətlərimizin monitorinqi həyata keçirilsin” – Parlamentdə MƏSƏLƏ QALDIRILDI

“Qarabağdakı enerji xətlərimizin monitorinqi həyata keçirilsin” – Parlamentdə MƏSƏLƏ QALDIRILDI

Hazırda oxunan: “Qarabağdakı enerji xətlərimizin monitorinqi həyata keçirilsin” – Parlamentdə MƏSƏLƏ QALDIRILDI

109936

““Azəriqaz” və “Azərenerji” şirkətləri Qarabağdan keçən və istifadə müddətini başa vuran enerji xətlərinin monitorinqini həyata keçirsin”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Hikmət Babaoğlu səsləndirib.

“Ermənilərin törətdiyi əməllərin nəticəsində işğaldan azad edilmiş əraazilərimizdəki su ehtiyatlarımız 17 faiz azalıb. Eyni zamanda, bölgənin meşə ehtiyatları da ciddi dərəcədə azalıb”, - deyə deputat əlavə edib.

Hikmət Babaoğlunun sözlərinə görə, Qarabağdakı köhnəlmiş qaz boruları, elektrik naqilləri yanğınlara səbəb ola bilər:

“Lakin müvafiq monitorinqlərin aparılması bu cür təhlükələrin qarşısını vaxtında almağımıza imkan verəcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO