“Xüsusi təyinatlılarımız Qarabağa yeridilməlidir” - Razi Nurullayev

“Xüsusi təyinatlılarımız Qarabağa yeridilməlidir” - Razi Nurullayev

Hazırda oxunan: “Xüsusi təyinatlılarımız Qarabağa yeridilməlidir” - Razi Nurullayev

109931

“Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolundakı askiyası əslində gecikmiş addımdır. Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talançılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


“Bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib. İndi aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var”, - deyə deputat əlavə edib.

Razi Nurullayev bir neçə təkliflə də çıxış edib: 

“Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilsin. Ermənistan Naxçıvana gedən azərbaycanlılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb gəlməyə icazə verməliyik?

İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cinayət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olsun.

Üçüncüsü, separatizm yuvasının Ermənistanla siyasi və hərbi əlaqələrinin tam kəsilməsi üçün kompromissiz tələblər irəli sürülsün. Separatizm yuvasında yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar ehtiyaclarını xarici işlər nazirliyimiz dediyi kimi Azərbaycan öz üzərinə nəinki götürə bilər, həm də götürməlidir.

Dördüncüsü, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulsun. Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq. Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir.

Beşincisi, dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hissaləri, polis və hərbi texnikamız onların təhlükəsizliyini təmin etməlidir. Onun üçün də 1000 nəfər xüsusi təyinatlı qoşun hissəmizin və yüz ədəd hərbi texnikanın əraziyə yeridilməsi və sülhməramlılarla bərabər təhülkəsizliyi təmin etməsi zəruridir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO