Masallıda qardaş qardaşı baltaladı

Masallıda qardaş qardaşı baltaladı

Hazırda oxunan: Masallıda qardaş qardaşı baltaladı

10990

Fevralın 5-də saat 19 radələrində Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Musayev Rauf Feyzi oğlunun aralarında yaranmış mübahisə zamanı balta ilə Zeydulla Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,  müvafiq ekspertizalar təyin edilib. 

Rauf Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO