BP-nin vitse-prezidenti Azərbaycan neftinin bahalaşmasından danışdı – VİDEO

BP-nin vitse-prezidenti Azərbaycan neftinin bahalaşmasından danışdı – VİDEO

Hazırda oxunan: BP-nin vitse-prezidenti Azərbaycan neftinin bahalaşmasından danışdı – VİDEO

10987

BP-nin Vİtse-Prezidenti Bəxtiyar Aslanbəyli son zamanlar Azərbaycan neftinin bahalaşmasından danışıb.

Bizim.Media xəbər verir ki, ARB 24 kanalının “İşgüzar səhər” verilişinin qonağı olan B.Aslanbəyli söhbət əsnasında bir çox məsələlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, neftin bahalaşmasına bir neçə faktor təsir edə bilər. Bu səbəblərdən biri də bazarda iqtisadi aktivliyin artacağıdır. 

 

MÖVZU İLƏ BAĞLI:

Neftin qiyməti qalxdı


“Xüsusi növbədə vaksinlərin dövriyyə buraxılması, bütün dünyada istifadəsinin geniş yayılması, yoluxmanın qarşısının alınması və normal iqtisadi həyatın qısa bir müddət ərzində geri dönməsi də buna təsir edib. Bu pozitiv ümidlər birmənalı şəkildə neftin qiymətində də özünü göstərib”.

O, il ərzində neftin qiyməti haqqında proqnozların verilməsinin mümkünsüz olduğunu da qeyd edib.

“İl boyunca neftin qiyməti proqnozlaşdırıla bilməz. Çünki neftin qiymətinin qalxıb enməsinə təkcə iqtisadi amillər deyil, digər proseslər də təsir edə bilir".

"Ancaq bu il üçün fərqli qrumların proqnazları ilin ikinci yarısında neft qiymətlərinin artacağını bildirib”.

Qeyd edək ki, yanvar ayında Azərbaycan nefti dünya bazarında 10% bahalaşıb.
Daha ətraflı videoda izləyə bilərsiniz:

Vüsalə Balayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO