Hansı qadınlar ideal ana olur? – BÜRCLƏRƏ görə SİYAHI 

Hansı qadınlar ideal ana olur? – BÜRCLƏRƏ görə SİYAHI 

Hazırda oxunan: Hansı qadınlar ideal ana olur? – BÜRCLƏRƏ görə SİYAHI 

109819

İnsanların fərqli xarakteri övladları ilə münasibətdə də müxtəlifliyin olmasını labüd edir. Xüsusən də, anaların.

Bəzi analar övladları ilə oyun yoldaşı, bəziləri isə daha sərt davranırlar.

Bizim.Media bürclərə görə anaların özəlliklərini təqdim edir:

Qoç

Qoç bürcündən olan analar uşaqla uşaq olmağı bacarırlar. Onlar olduqca yaradıcıdırlar və övladlarına maraqlı hekayələr danışmağı sevirlər. Onlar bacardıqları qədər qayda-qanun yaratmağa çalışsalar da, adətən tez özlərindən çıxır, etməli olduqlarını unudurlar.

Buğa

Uşaqlar böyüdükcə daha qatı qaydalar qoyan bu bürcün anaları yenə də sevgilərini açıq göstərirlər. Buğa qadınları olduqca qoruyucu ana olurlar. Amma yenə də övladları ilə ideal davranış formasını yaxşı bildikləri üçün uzun illər onların ən yaxın dostu olmağı bacarırlar.

Əkizlər

Əkizlər övladlarını çox sevsələr də, onların öz həyatlarının yaşamasına mane olmaqlarını heç vaxt imkan vermirlər. Bunun nəticəsidir ki, uşaqları da onlardan nümunə götürüb, məsuliyyətlərinə ciddi yanaşmayan insan kimi yetişirlər.

Xərçəng

Fədakar ana obrazı tamamilə bu bürcün qadınları üçündür. Onlar övladlarını bacardıqları qədər evdə saxlamağa çalışırlar. Bununla uşaqlarını qoruduqlarını düşünürlər. Xərçəng analarının bu davranışı gələcəkdə övladlarının dünyaya adaptasiya olmasında problemlər yaradır.

Şir

Övlaları olsa belə öz həyatlarını yaşamağa davam edirlər. Lakin iş və övladlarının tərbiyəsi arasında qızıl ortanı tapmağı bacarırlar. Onlar da övladları ilə dost, oyun yoldaşı ola bilirlər. Ancaq övladlarının sözlərindən çıxmasına qəti olaraq qəbul etmirlər.

Qız

Qız bürcü qadınları adətən övlad sahibi olmağa tələsmirlər. Amma ana olduqları zaman olduqca intizamlı davranırlar.  Övladları ona güvənir və analarının onları sevdiklərinə əmin şəkildə böyüyürlər.

Tərəzi

Tərəzi qadınları üçün həyat yoldaşları övladlarından daha irəli planda olur. Amma olduqca şövkətli və sevgi dolu analardır. Lazım olduğu anda sərt olmağı da bacarırlar. Uşaqlar atalarını dinləmədikdə isə çox əsəbiləşirlər.

Əqrəb

Uşaqlarını çox sevsələr də bunu göstərməyi, hiss etdirməyi bacarmırlar. Əqrəb anaları hər zaman övladlarının yüksək hədəflərinin olmasını arzulayırlar. Bunun üçün daim onların qüsurlarını düzəltməsi üçün çalışırlar. 

Oxatan

Oxatan anaları övladları üçün ən ideal dost olurlar. İlk olaraq övlad dünyaya gətirməyə qorxalar da, analıq missiyasını uğurla yerinə yetirəcəklər. Oxatanlar uşaqları da özləri kimi dürüst və şən insan kimi yetişdirməyi bacarırlar.

Oğlaq

Uşaqları ilə daim maraqlanır, onları hər zaman dinləmək istəyir. Lakin sevgilərini hiss etdirmirlər. Onlar uşaqlarının özlərinin uzaqdan nəzarəti altında sərbəst böyüməsinə çalışırlar. Ona görə də oğlaq qadınlarının tərbiyəsilə böyüyən uşaqlar dünyaya yaxşı adaptasiya olmağı bacarırlar.

Dolça

Dolça qadınlarına həyatlarını övladlarına həsr etmək düşüncəsi belə ağır gəlir. Onlar övladlarına sevgi şousu göstərən analardan deyillər. Ancaq dolça anaları övladlarının ev tapşırıqlarına yardım edən, onlarla əylənməyi bacaran valideyn olurlar.

Balıqlar

Özlərinin uşaqlıq vaxtı sahib olmadıqları hər şeyə övladlarının sahib olmasını istəyir, bunun üçün əllərindən gələni edirlər. Lakin olduqca mehriban davranmaları səbəbindən uşaqlarının nizam-intizamlı olmasını təmin etmək onlar üçün çətin olur.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO