Bakı 2023-cü ilə necə hazırlaşır? - FOTO

Bakı 2023-cü ilə necə hazırlaşır? - FOTO

Hazırda oxunan: Bakı 2023-cü ilə necə hazırlaşır? - FOTO

109781

2023-ci "Dovşan" ilinin gəlişinə iki həftə qalıb. Dünyanın dörd yanında şəhərlər bu münasibətlə xüsusi şəkildə bəzənir, bayram ab-havası yaşanır. 

Bizim.Media xəbər verir ki, gözəl paytaxtımız Bakı şəhərində də yeni il hazırlıqlarına başlanılıb.

Şəhərin bir çox yerlərində, eləcə də mərkəz küçələrində hazırlıq işləri, yeni il atributlarının, işıq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır.

Bizim.Media-nın əməkdaşı Qız Qalasının önündə, Azneft dairəsində dəmir karkasdan hazırlanan küknar ağaclarının quraşdırılmasının şahidi olub.

Yeni il ağaclarını quraşdıran işçilərdən biri  redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, həftənin sonuna kimi bəzək işlərinin yekunlaşdırılacağı gözlənilir.

Rəşad Əliyev, Bizim.Media














 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO