Poninin avtomobilə şığıması lentə alınıb
Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, Böyük Britaniyanın "Nyu-Forest" milli parkında insident yaşanıb.
Belə ki, Qempşir qraflığından olan 26 yaşlı Cek Koulişou 2 yaşlı oğluna yemək vermək üçün avtomobilini kriket meydançasının yanında saxlayıb.
Elə ki yemək qabının qapağını açır, iyə gələn vəhşi ponilər maşını mühasirəyə alır.
Əvvəlcə sadəcə baxan atlar daha sonra maşına hücum çəkirlər. Avtomobilin arxa pəncərəsi qırılır, bəzi hissələrində əziklər əmələ gəlir.
15 dəqiqə atları qovmağa çalışan Ceki ponilərdən biri dişləmək istəyib.
Xöşbəxtlikdən xəsarət alan ancaq maşın olub.
Qeyd edək ki, həmin parkın işçiləri ponilərə insan qidası verməyi qadağan ediblər. Çünki insanların xörəyi atların orqanizminə mənfi təsir göstərə bilər.
Bizim.Media