Çavuşoğlu Laçın yolundakı aksiyadan danışdı:

Çavuşoğlu Laçın yolundakı aksiyadan danışdı: "Azərbaycanın yanındayıq" - VİDEO

Hazırda oxunan: Çavuşoğlu Laçın yolundakı aksiyadan danışdı: "Azərbaycanın yanındayıq" - VİDEO

109610

"Laçın dəhlizinin yaradılma məqsədi hər kəsə bəllidir. Orada rusların sülhü qoruma missiyası var. Amma Azərbaycanın torpaqlarındakı təbii sərvətlərin qanunsuz şəkildə çıxarılıb satılması onların oğurlanması deməkdir və beynəlxalq hüquqa ziddir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

"Orada yaşayan ermənilər azərbaycanlı ekoloqların bölgəyə daxil olmasına əngəl olmamalıdır. Rus sülhməramlılar da bunu təmin etməlidirlər. Azərbaycan təbii sərvətlərinin istismarına qarşı mübarizədə hüquqi cəhətdən haqlıdır. Biz də Azərbaycanı haqlı mübarizəsində dəstəkləyirik" - deyə Çavuşoğlu qeyd edib.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. 

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO