Paşinyanın psixi pozğunluğu yaranıb, davamlı dərmanlar atır

Paşinyanın psixi pozğunluğu yaranıb, davamlı dərmanlar atır

Hazırda oxunan: Paşinyanın psixi pozğunluğu yaranıb, davamlı dərmanlar atır

10954

Azərbaycan torpaqlarını geri qaytarmazdan öncə xanım “Erato” – Anna Akopyan həmişə Paşinyanın yanında olurdu.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, 44 günlük savaşda Ermənistanın məğlubiyyətindən sonra Anna Akopyanı Nikolla birgə görmək çətinləşib. 

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Köçəryanın Moskvadan gəlişini gözləyirlər – SƏBƏB?

Araik Arutyunyana əzab verən sual – Paşinyan, yoxsa Köçəryan?


Bu səbəbdən ermənilər araşdırıb ki, sən demə Paşinyanın sağlamlığı qaydasında deyil və Anna həmişə onun yanında olmaqla Nikolun dərmanlarını verirdi ki, Ermənistan baş naziri ağlını itirməsin. Fotoda Anna Akopyanın xəlvətcə Paşinyanın cibinə dərman qoyması da əks olunub. 

Erməni yazarlar qeyd edir ki, baş nazirlərinin səfər etdiyi təyyarədə Akopyanın kreslosu boş qalıb, bəs Paşinyanın dərmanlarını indi kim verir? 

Nümunə kimi Nikol Qazaxıstan səfəri göstərilib. 

O ki qaldı Erato məsələsinə, ermənilərin uuydurma tarixinə görə, Erato uydurma şahları Tiqranın ölümündən sonra romalıların taxta ötürdükləri qadındır. Bu ad ermənilərin azərbaycanlılardan oğurlamadığı nadir adlardan biridir. 

Onlar Erato-nu yunanlardan mənimsəyiblər. Belə ki, Erato qədim yunan mifologiyasında sevgi poeziyasının ilham pərisidir.

 

Yunanlar üçün Erato həm də elm və incəsənət ilahəsi olan 9 bacıdan biridir. Belə deyək, qədim dünya tarixindəki Zevsin qızı Eratonu ermənilər uydurma Tiqranın həyat yoldaşı kimi qələmə verirlər.


Onu da deyək ki, cəfəngiyyat dolu tarixin təsirinə düşən bəzi müasir erməni jurnalistləri Paşinyana ölüm arzulasa da, onun “Erato”su Anna Akopyanın taxta keçməsini istəmirlər. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO