Pirallahıda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub - FOTO/VİDEO

Pirallahıda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub - FOTO/VİDEO

Hazırda oxunan: Pirallahıda bu il uzunluğu 4,6 km olan üç küçə təmir olunub - FOTO/VİDEO

109525

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq, bu il Bakının Pirallahı rayonunda ümumi uzunluğu 4,6 km olan üç küçəni təmir edib. 

Bizim.Media Agentliyə istinadən xəbər verir ki, təmir işləri rayonun 2260 metr uzunluğa malik Kamil Rzayev, 1 760 metr uzunluğa malik Yavər Əliyev küçələrində və uzunluğu 580 metr olan 39-cu məhəllənin yollarında aparılıb. 

Küçələrdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınaraq, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Təmir işlərinin sonuncu mərhələsi üzrə üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçələr yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO