Azərbaycanın ilk pullu yolu istifadəyə verilir – Məbləğ nə qədərdir? 

Azərbaycanın ilk pullu yolu istifadəyə verilir – Məbləğ nə qədərdir? 

Hazırda oxunan: Azərbaycanın ilk pullu yolu istifadəyə verilir – Məbləğ nə qədərdir? 

10951

Qafqazda ilk olan ödənişli yolun gələn ilin əvvəlinə qədər istifadəyə veriləcəyi gözlənilir. Söhbət Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən paralel salınan (Zeynalabdin Tağıyev qəsəbəsindən 208-ci kilometrədək) yeni yolun 100 kilometrlik hissəsinin tikintisindən gedir. 

 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt yolunda təmir işlərinin ilkin mərhələsi yekunlaşır - FOTO


Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ödənişli yolun nə vaxt istifadəyə veriləcəyi məsələsinə münasibət bildirərkən bildirib.

Onun sözlərinə görə layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi də icra olunub.

Qeyd edək ki, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.

4 hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3.75 m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edir.

Ödənişli yol üçün tətbiq edilən məbləğə gəlincə, Anar Nəcəfli bununla bağlı məlumatsız olduğunu deyib. 
 

Ekspertlərin fikrincə, yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər km-ə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə nəzərdə tutulub. Ödəniş minik avtomobilləri üçün 3-5 manat ola bilər.


Dünyada təcrübəsinə görə isə birinci məsafə, ikincisi nəqliyyat vasitələrin növü, üçüncüsu isə vətəndaşlıq (əcnəbi, yerli) nəzərə alınır. Marşrut avtobuslarına adı çəkilən yol ödənişsiz olmalıdır. Eyni zamanda, müəyyən kateqoriyadan olan insanlara güzəştlər edilməlidir. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO