Naxçıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi -  FANTASTİK YEYİNTİ

Naxçıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi -  FANTASTİK YEYİNTİ

Hazırda oxunan: Naxçıvanda daha bir yüksək vəzifəli məmur həbs edildi -  FANTASTİK YEYİNTİ

109450

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, hakimin 13.12.2022-ci il tarixli qərarı ilə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı davam edən cinayət işi üzrə Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO