Şuşa-Xankəndi yolunda dinc aksiyaya könüllü həkimlər də qoşuldu - FOTO

Şuşa-Xankəndi yolunda dinc aksiyaya könüllü həkimlər də qoşuldu - FOTO

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda dinc aksiyaya könüllü həkimlər də qoşuldu - FOTO

109448

Xankəndi-Şuşa yolunda keçirilən dinc aksiyaya könüllü həkimlər də qoşulub. Onlar aksiya keçirilən ərazidə səyyar tibb məntəqəsi yaradaraq iştirakçılara həkim xidməti göstərir. 

Bizim.Media-nın Qarabağ bürosuna danışan Azərbaycan Könüllü Həkimlər Assosiyasının rəhbəri (QHT) Oktay Mehtiyev keçirilən dinc aksiyaya bu şəkildə dəstək olmağın labüd olduğunu bildirib.

"Hazırda burada təşkil edilmiş aksiyanı vacib hesab edirik. Məhz elə buna görə də bura gəlməyi qərara aldıq. Və iştirakçılara bu şəkildə öz dəstəyimizi göstəririk",- deyə o vurğulayıb.  

Oktay Mehtiyevin komandası Vətən müharibəsi zamanı və müharibədən sonra da bu tipli aksiyaları təşkil etdiyini, daim bölgələrə səfər edərək şəhid ailələrini də müayinə ediblər. Həkim bildirib ki, aksiya başlanandan bu günə qədər yüzə qədər insanı müayinə edib, onlara tibbi yardım göstəriblər. 

O.Mehtiyev əsasən müraciətlərin çoxunun qan təzyiqinin qalxması ilə bağlı olduğunu deyir: 

"Təzyiqə görə gələnlər daha çoxdur. Ancaq qrip və baş ağrılarına görə də müraciət edirlər. Onlara dərhal lazımi yardım gostərilir. Hələki ciddi problemi olanlara rast gəlməmişik", - deyə o, qeyd edib.

Xatırladaq ki, səyyar məntəqədə on nəfər könüllü həkim çalışır. Onlar növbəli şəkildə olmaqla 24 saat fəaliyyət göstərir. Həmçinin bu fəaliyyət aksiya başa çatana qədər davam edəcək. 



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO