“2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 % artırılır".
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov bu gün keçirilən mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir.
2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 % və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib.
Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.
Bizim.Media