Qarabağda siyasi mənzərə artıq dəyişir və istər erməni separatçılar, istərsə onlara havadarlıq edən rusların qarşısında Azərbaycan xalqı var.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hazırda Şuşa yolunda davam edən aksiya bir daha sübut etdi ki, xalq milli məsələlərdə bir yumruq kimi birləşməyi bacarır. 44 günlük müharibədə qazandığımız Zəfərin əsas təməllərindən biri də məhz xalqın birliyi idi. İndi də bu birliklə istəklərimizə nail olacağıq.
Qarabağ iqtisadi rayonunda ekoloji monitorinq də keçiriləcək, Xankəndinə də, Xocalıya da, Xocavəndə də qayıdacağıq. Bunu xalq-iqtidar birliyi və bu birliyə söykənən dövlətimizin gücü həyata keçirəcək.
Şuşa yolunda keçirilən aksiya iki məsələni bir daha gündəmə gətirdi.
Birincisi, Azərbaycanda vətəndaş cəmiyyətinin gücüdür. Radikal müxalifət iddia edirdi ki, QHT sektoru zəifləyib, hakimiyyət bu sektoru sıradan çıxarıb. Lakin 44 günlük müharibədə olduğu kimi, indi də milli məsələlərdə öndə gedənlər məhz vətəndaş cəmiyyətidir.
QHT sektoru ilə media sektoru hazırda Qarabağda milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Vətəndaş cəmiyyəti milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır.
İkincisi, içimizdəki satqınlar hələ də əleyhimizə işləyir.
44 günlük müharibədə bunun şahidi olduq. Azərbaycan ordusu qələbədən qələbəyə gedərkən, radikal müxalifət müxtəlif iddialarla Vətən uğrunda apardığımız müharibəyə kölgə salır, düşmən üçün fürsətə çevrilən iddialar irəli sürürdü. Analoji vəziyyət davam edir və yenə eyni adamlar, eyni şəbəkələr iş başındadır.
Əli Kərimli öz ampluasındadır, aksiyanı da, dövlətin həyata keçirdiyi siyasəti də gözdən salmaqla məşğuldur. Cəmil Həsənli xaricdə oturub hazırda ön cəbhədə olan vətəndaşlara dil uzadır, hər şeyi hakimiyyətlə mübarizəsində fürsət olaraq dəyərləndirir.
Siyasətdə “başını başlara qoşmaq” istəyən Azər Qasımlı konkret olaraq aksiyaya qarşı çıxır, bunu “iqtidarın təşkil etdiyini” deyir və bu fikirlər ermənilərin “Azərbaycan hakimiyyəti aksiya təşkil etməklə Laçın yolunu bağlayıb, erməniləri mühasirəyə alıb” kampaniyasına yağ sürür, hətta aksiyada iştirak edən vətəndaşları “saxta vətənpərvərlikdə” ittiham edir.
Şəhla İsmayıl, Nurlan Libre, Seymur Həzi kimi radikal şəbəkənin təmsilçiləri ağalarına xoş gəlmək üçün vətəndaşlarımızın etiraz aksiyasını gözdən salmağa çalışırlar.
Onların bütün fəaliyyəti təkcə Rusiyanı və Ermənistanı yox, həm də Qarabağdakı separatçı-terrorçu rejimin qalıqlarının da müdafiəsinə xidmət edir.
Bunun bir adı var: milli xəyanət. Bu şəbəkə öz xəyanətkar xislətindən əl çəkə bilmir və bütün vasitələrlə ermənilərin “vəkili” kimi çıxış edirlər.
Şuşa yolundakı aksiya çox şeyi ortaya çıxardı. Kimin kim olduğunu, bu ölkə, bu xalq uğrunda kimlərin mübarizə apardığını, kimlərin satqın olduğunu, kimlərin düşmənlə ortaq mövqeyi paylaşdığını da gördük. Tarix heç nəyi unutmur, əsl vətənpərvərləri də, xəyanətkarı da unutmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:07 / 13.12.2022
Şuşa yolunda aksiya: xəyanətkarlar üzə çıxdı - FOTO
Hazırda oxunan: Şuşa yolunda aksiya: xəyanətkarlar üzə çıxdı - FOTO
Hazırda oxunan: Şuşa yolunda aksiya: xəyanətkarlar üzə çıxdı - FOTO
109320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.