"Qızıl top"a namizədlərin yeni siyahısı açıqlandı

Hazırda oxunan: "Qızıl top"a namizədlərin yeni siyahısı açıqlandı

109288

Nüfuzlu goal.com saytı öz versiyasına əsasən, "Qızıl top" mükafatının 2023-ci il üçün favoritlərin yenilənmiş siyahısını dərc edib.

Bizim.Media xəbər verir ki, Lionel Messi PSJ komanda yoldaşı Kilian Mbappeni geridə qoyaraq siyahıya başçılıq edir.

İlk onluğa "Atletiko"nun futbolçusu Antuan Qrizmann daxil olub. Reytinqin əvvəlki siyahısında onun adı yox idi.

"TOP-10"luq aşağıdakı kimidir:

1. Lionel Messi (PSJ)

2. Kilian Mbappe (PSJ)

3. Erlinq Haaland ("Mançester Siti")

4. Neymar (PSJ)

5. Robert Levandovski ("Barselona")

6. Vinisius Junior ("Real")

7. Kevin de Brüyne ("Mançester Siti")

8. Məhəmməd Salah ("Liverpul")

9. Xviça Kvaratsxeliya ("Napoli")

10. Antuan Qrizmann ("Atletiko")

Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real” ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO