Avropa İttifaqı birlik ölkələrinə əlavə 100 milyard avro xərcləyəcək

Avropa İttifaqı birlik ölkələrinə əlavə 100 milyard avro xərcləyəcək

Hazırda oxunan: Avropa İttifaqı birlik ölkələrinə əlavə 100 milyard avro xərcləyəcək

109248

Avropa İttifaqı (Aİ) gələn qışda Rusiya qazı olmadığı üçün birlik ölkələrinin enerji təhlükəsizliyinə əlavə olaraq 100 milyard avro xərcləməlidir. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib. 

O, bildirib ki, gələn il Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından bu ildən daha çətin olacaq, çünki birlik artıq Rusiya qazını ala bilməyəcək. 

Birol vurğulayıb ki, Aİ 2023-cü ildə Rusiya qazını kompensasiya etmək üçün lazım olan mayeləşdirilmiş təbii qaz həcmlərini ala bilməyəcək. Onun sözlərinə görə, bununla bağlı təcili tədbirlər görmək lazımdır ki, bu da “havayı olmayacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO