“Argentinanın qalib olacağını deyə bilmərəm, bu, yalan olar” - Ronaldo 

“Argentinanın qalib olacağını deyə bilmərəm, bu, yalan olar” - Ronaldo 

Hazırda oxunan: “Argentinanın qalib olacağını deyə bilmərəm, bu, yalan olar” - Ronaldo 

109213

Braziliya millisinin sabiq hücumçusu Ronaldo Argentinanın DÇ-2022-nin qalibi olmaq şanslarını dəyərləndirib.

Bizim.Media xəbər verir ki, sabiq hücumçunun dəyərləndirməsi barədə yazı "Marca"da nəşr edilib. Ronaldo deyib ki, dünya çempionatının kubokunu meydandakı oyunu ilə buna layiq olan qazanır.

“Argentina o qədər də yaxşı oynamır, amma istəkləri çoxdur, çox qaçırlar, ürəklə oynayırlar... Həm də qol epizodlarından istifadə edəm Messi var. Argentina dünya çempionu ola bilərmi?

Dürüst olacağam. Argentinanın qalib olacağını deyə bilmərəm, bu, yalan olar”. 

Qeyd edək ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq. Sabah  keçiriləcək  görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO