"Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə Avropaya yenidən müharibəni qaytarıb".
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.
"Bu gün biz çox fərqli bir Şərq qonşuluğu görürük. Biz Aİ-nin regionda daha çox iştirakı, inteqrasiyası və "Şərq Tərəfdaşlığı"nı tərəfdaşlarının problemlərinə və fərqli ehtiyaclarına uyğunlaşdırılması çağırışını eşidirik.
İllik "Şərq Tərəfdaşlığı" XİN başçılarının görüşündə mən təklif edirəm ki, regional əməkdaşlıq üçün vasitə kimi genişlənmə prosesinə paralel olaraq "Şərq Tərəfdaşlığı" siyasətimizi davam etdirək. Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik", Borrell qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:46 / 12.12.2022
"Firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik" - Borrel
Hazırda oxunan: "Firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik" - Borrel
Hazırda oxunan: "Firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik" - Borrel
109155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.