Ayxandan qızına: “Həm anam, həm də qızımsan” - VİDEO

Ayxandan qızına: “Həm anam, həm də qızımsan” - VİDEO

Hazırda oxunan: Ayxandan qızına: “Həm anam, həm də qızımsan” - VİDEO

109138

Karateçi, Avropa Oyunlarının qalibi, komanda şəklində qitə çempionu Ayxan Mamayev qızı Sofiya ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, ulduz idmançı sosial şəbəkə hesabında övladının iki yaşının tamam olması münasibəti ilə təbrik edib.  

Mamayev qızı Sofiya ilə evdə oynayarkən çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşərək, ona olan sevgisini və ad günü təbrikini bu sözlərlə ifadə edib:  

“Bu günləri yaşatdığın üçün Allahım, sənə şükürlər olsun. Sofiyamın artıq iki yaşı tamam olur. Qızım səni təbrik edirəm. Ata səni çox sevir. O qədər sevirəm ki, ifadə edə bilmirəm necə...Sən mənə bütün kədərli günlərimi, anlarımı unutdurdun. Sən mənə yeni bir həyat verdin. Sən məni ata etdin. Sən məni dünyanın ən gözəl qızının atası etdin. Sən mənim həm anamsan, həm də qızımsan. Yaxşı ki, varsan. Allah səni qorusun. Yeni yaşında sənə ancaq gülüş dolu həyat arzulayıram. Səni hədsiz sevən atan”. 

Qeyd edək ki, Ayxan Mamayev üç il bundan əvvəl aprel ayında Şəhla adlı xanımla ailə qurub.  

Rəşad Əliyev, Bizim.Media







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO