QƏTƏR-2022: Yeni rekordlar və Mərakeş komandası haqqında ŞOK MƏLUMATLAR

QƏTƏR-2022: Yeni rekordlar və Mərakeş komandası haqqında ŞOK MƏLUMATLAR

Hazırda oxunan: QƏTƏR-2022: Yeni rekordlar və Mərakeş komandası haqqında ŞOK MƏLUMATLAR

109097

Futbol üzrə dünya çempionatında yarımfinalçılar məlum olandan sonra turnirdə 2 günlük istirahət verilib. Amma yarımfinal oyunları bağlı hələ də emosiyalar və maraqlı məqamlar bitmək bilmir. Ən əsası da Ronaldo ilə bağlı.

Çoxlarının rəğbət bəslədiyi bu ulduzun karyerasının sonunda dünya çempionu olmadan Qətərdəki çıxışını başa vurması fanatları şoka saldı. Amma Ronolda bir çox rekordlara görə hələ də futbol aləmində liderdir. Misal üçün yığmada keçirdiyi oyunların sayına görə. O, indiyə qədər 196 dəfə Portuqaliya millsinin şərəfini qoruyub. Küveytli Əl Mutavanın da göstəriciləri eynidir. 

Mərakeş millisinin oyunu isə artıq bütün dünyaya səs salıb. Bu yığmanın futbolçuları da ayrı-ayrılıqda möhtəşəm hərəkətlərlə yadda qalır.

Misal üçün komandanın üzvü Yusuf Ən Nasirinin Portuqaliya ilə oyunda topa zərbə vurmaq üçün 2 metr 78 santimetr hündürlüyə tullanması Ronaldonun da göstəricisini geridə qoyub.

Mərakeşlə oyunda Portuqaliya millisinin ən yaşlı oyunçusu Pepe isə qolunu sındırıb. Ancaq o, meydandan çıxmayaraq fədakarlıq göstərib və sona qədər meydanda qalıb. Görüşün sonlarında isə Pepenin əlverişli qol şansından istifadə etməməsi mərakeşliləri sevindirib və onlardan biri onun hətta başını da öpüb. Xatırladaq ki, portuqaliyalıar məhz Pepe fərqlənəndə belə edirdilər.

Fransa ilə oyunda 1-2 hesabı ilə uduzaraq mundialla vidalaşan İngiltərə də öz antirekordunu təkrarlayıb. Onlar artıq dünya çempionatları tarixində 7-ci dəfədir ki, mübarizəni ¼ finalda dayandırır. İngiltərə yığmasının üzvü Con Stouns isə dünya çempionatında ən dəqiq ötürmə verən futbolçu olub.

Onun 72 ötürməsinin hamısı dəqiq olub ki, bu göstəricini Qətərdə artıq kiminsə dəyişəcəyi inandırıcı görünmür. 

Fransalı futbolçular isə arıdıcıl ikinci mundialdır ki, yarımfinala vəsiqə əldə edirlər və əgər çempion olsalar, Braziliya millisindən sonra tarixdə ikinci dəfə ardıcıl iki dəfə dünya kubokunun qazanan ikinci ölkə olacaqlar. ¼ finalda iki oyunda penaltilər seriyası oldu və istisna deyil ki, yarımfinallarda da mübarizə yenə bu mərhələyə qədər uzansın. 
 

Argentina millisinin lideri Lionel Messi Qətərdə artıq bir penalti qaçırsa da, penaltilər seriyasında yalnız bir dəfə dəqiq oynamayıb. Yeri gəlmişkən, FİFA reytinqində ilk 10-luqda qərarlaşan millilərdən yalnız iki ölkə Fransa və Argentina yarımfinala vəsiqə əldə edib. 


Sonda Mərakeş millisi haqqında maraqlı bir xəbər. Sən demə yığmanın lideri Hakim Ziyeş 2015-ci ildən bəri federasiyanın verdiyi mükafat və bonuslardan imtina edib. O, bu pulları millinin texniki personalına və kasıblara paylayıb. Mərakeş millisində belə ürəkli oğlanlar varsa, bu komandaya zaval yoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO