Kəklikotu dəmləməsindən zəhərlənmənin səbəbi bəlli oldu - YENİLƏNİB 

Kəklikotu dəmləməsindən zəhərlənmənin səbəbi bəlli oldu - YENİLƏNİB 

Hazırda oxunan: Kəklikotu dəmləməsindən zəhərlənmənin səbəbi bəlli oldu - YENİLƏNİB 

109096

Xəbər verdiyimiz kimi, Qaxda bir ailənin 5 üzvü kəklikotundan zəhərlənmişdi. Artıq ailə üzvləri müalicələrini evdə davam etdirəcək. Lakin faktla bağlı araşdırma aparılandan sonra prokurorluğa göndəriləcək.  

Bu barədə Bizim.Media-ya DİN-in Şəki regional qrupundan məlumat verilib.

belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də onların 7 və 5 yaşlı övladları qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müayinə zamanı onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi məlum olub.

Həkimlərin sözlərinə görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.  
 

Qax rayon mərkəzi xəstəxanasının həkimi Naira Papiaşvili Bizim.Media-ya bildirib ki, xəstəxanaya gecə saatlarında daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib. Bütün zəruri tibbi müayinə və müalicələr olunub. Həyatları üçün təhlükə aradan qaldırılıb. Bu səhər yenə ailə üzvləri müayinə olunduqdan sonra evə buraxılıb. Lakin həkim nəzarəti altında qalacaqlar.  


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov daxil olan faktla bağlı hazırda rayon polis şöbəsində araşdırma aparıldığını və proses başa çatdıqdan sonra prokurorluğa veriləcəyini qeyd edib.  

Xatırladaq ki, zəhərlənən şəxslərdən Günay Mahmudova Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavinidir. Şəki-Zaqatala Regional Təhsil idarəsindən bildirilib ki, Günay Mahmudova dekabrın 6-dan 16-a qədər məzuniyyətə çıxıb.  

*** 09.53

Qaxda bir ailənin 5 üzvü zəhərlənib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur. 

Faktla bağlı araşdırma aparılır. 

Daxili İşlər Nazirliyi Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər:

"5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək".

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO