Türkiyədən xarici hərbi gəmilərə XƏBƏRDARLIQ

Türkiyədən xarici hərbi gəmilərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Türkiyədən xarici hərbi gəmilərə XƏBƏRDARLIQ

109040

Türkiyə digər ölkələrin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin öz ərazi sularına və ya dəniz limanlarına yaxınlaşmasına dair məlumat verməsi barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub.

Türkiyə sularına daxil olmaq barədə məlumat ölkəyə məxsus dəniz sahillərindən beş dəniz milindən çox olmayan məsafədə radio ilə verilməlidir.

Sənəddə həmçinin qeyd edilib ki, xarici hərbi gəmilər Türkiyə ərazi sularında olarkən yerli hakimiyyət orqanlarının icazəsi olmadan göyərtəsində təyyarə, helikopter və pilotsuz uçuş aparatlarından istifadə edə bilməz.
Bənzər tələb dalğıclara da aiddir. Qəzet qeyd edib ki, təcili təmir, karantin nəzarəti ilə bağlı hallar istisnadır, lakin buna baxmayaraq, digər hallar türkiyəli mütəxəssislərin müşayiəti ilə aparılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO