"Aİ postsovet dövlətlərinin daxili işlərinə qarışmamaq barədə Rusiya ilə razılığa gəlməlidir" - Lavrov

Hazırda oxunan: "Aİ postsovet dövlətlərinin daxili işlərinə qarışmamaq barədə Rusiya ilə razılığa gəlməlidir" - Lavrov

10897

“Rusiya və Avropa İttifaqı (Aİ) dialoq üçün kanalların dəstəklənməsində və genişlənməsinə maraqlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağın statusu sənəddə şüurlu olaraq yazılmayıb, çünki...” – Lavrov 


Lavrovun sözlərinə görə, Moskva və Brüssel siyasi dialoqun davam etdirilməsində maraqlıdırlar:

“Avropa İttifaqında bir sıra qüvvələr pandemiya mövzusundan istifadə edərək Rusiyanı dezinformasiyada ittiham edirlər. Əgər biz həqiqətən bu informasiya müharibəsinin qarşısını almaq istəyiriksə, onda Aİ ilə peşəkar səviyyədə bu dezinformasiyaların qarşısını almaq üçün daha bir kanalın yaradılması barədə razılaşmalıyıq”.

Rusiyalı nazir onu da vurğulayıb ki, Moskva və Brüssel postsovet məkanında suveren dövlətlərin daxili işlərinə qarışmamağa əsaslanan prinsiplər barədə razılığa gəlməlidirlər.

“Düşünürəm ki, istər postsovet məkanında, istər Qərbi Balkanlarda, istərsə də başqa bir yerdə suveren dövlətlərin daxili işlərinə qarışmamaq barədə öhdəlikləri özündə birləşdirən prinsiplər barədə razılığa gəlmək lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO