Dekabrın 9-da Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cozep Borrel açıqlama yayıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, o, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon əlaqəsi yaradıb. Danışıq zamanı Aİ nümayəndəsi etirazçıların repressiya və edam edilməsinin dayandırılmasının zəruriliyi, həm də Rusiyanı dəstəkləməsi ilə bağlı Aİ-nin mövqeyini ona çatdırdığını bildirib.
O, tvitində bu haqda yazıb: “Mən (Hüseyn) Əmir-Abdullahiyanla bir neçə mövzu, o cümlədən Möhsün Şekarinin edam edilməsi barədə danışdım”.
“Mən ona Avropa Birliyinin mövqeyi barədə məlumat verdim: edamların və repressiyaların dərhal dayandırılması, İran xalqının əsas azadlıqlarına hörmət edilməsi və Rusiyaya hərbi dəstəyə son qoyulması”,-deyə Borrel əlavə edib.
Bizim.Media
![Borrel İran hakimiyyətinə səsləndi: Borrel İran hakimiyyətinə səsləndi:](https://bizim.media/file/articles/2022/12/10/1670671211_314db1b8-4d70-32ca-8b7b-4a4f679483d0.jpg)
- A-
- A
- A+
Dünya
15:20 / 10.12.2022
Borrel İran hakimiyyətinə səsləndi: "Edamları dayandırın!"
Hazırda oxunan: Borrel İran hakimiyyətinə səsləndi: "Edamları dayandırın!"
Hazırda oxunan: Borrel İran hakimiyyətinə səsləndi: "Edamları dayandırın!"
108934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.