Azərbaycan Müdafiə Nazirliyində bu gün kollegiya iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı, general-polkovnik Bəxtiyar Ersay çıxış edib.
O, Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən söhbət açıb.
Qeyd edək ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:45 / 10.12.2022
Bəxtiyar Paşadan Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Bəxtiyar Paşadan Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Bəxtiyar Paşadan Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması ilə bağlı AÇIQLAMA
108921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.