Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb - FOTO 

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb - FOTO 

Hazırda oxunan: Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb - FOTO 

108827

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində keçirilən 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, iclasda Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əsas fəaliyyət istiqamətləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir - FOTO


Görüşün sonunda iclasın yekun protokolu imzalandıqdan sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin hərbi təhsil müəssisəsini ziyarət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO