Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkarlanıb

Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkarlanıb

Hazırda oxunan: Xəzərin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkarlanıb

108816

Xəzər dənizinin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkar olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə aşkarlanan suiti cəsədlərindən nümunələr götürüldü – FOTO


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, keçirilən monitorinqlər zamanı dekabrın 9-da təmsil etdiyi qurumun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub. 

Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO