Blinkendən Mohsen Şekarinin edam edilməsinə REAKSİYA

Blinkendən Mohsen Şekarinin edam edilməsinə REAKSİYA

Hazırda oxunan: Blinkendən Mohsen Şekarinin edam edilməsinə REAKSİYA

108725

ABŞ-ın dövlət katibi Entoni Blinken dünən İranda kütləvi etirazlara qatıldığı üçün həyatına son qoyulan Mohsen Şekari haqqında paylaşım edib.

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, gəncin dar ağacından asılmasına münasibət bildirən Entoni Blinken şəxsi tviter səhifəsində yazıb:

“Biz Mohsen Şekarinin edam olunmasından dəhşətə gəldik”.   

“İran rəhbərliyinə mesajımız aydındır: bu qəddar repressiyaya son qoyulsun. Biz İran rejimini məsuliyyətə cəlb etməyə çalışmağa davam edəcəyik”,- deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO