Bu qış qarderobunuzda olacaq BEŞ GEYİM - FOTO

Bu qış qarderobunuzda olacaq BEŞ GEYİM - FOTO

Hazırda oxunan: Bu qış qarderobunuzda olacaq BEŞ GEYİM - FOTO

108716

Qış bütün şəhər modaçıları üçün ən çətin, lakin eyni zamanda ən maraqlı dövrdür. Üç soyuq ay ərzində donmamaq və qar adamı kimi görünməmək üçün həm isti, həm də dəbli geyim və aksesuarlara müraciət etməliyik. 

Bizim.Media bu qış xanım dəbkeşlərin qarderobunda yer alacaq beş mühüm və olduqca komfortlu geyim növlərini təqdim edir. 

Platforma çəkmələri: 

Bu mövsüm mütləq hündür altlıqlı çəkmələr və ya sadə çəkmələr almalısınız. Yüksək altlıq təkcə boyunuzu artırmayacaq, həm də ayaqlarını isti saxlayacaq. 

“Kombinezon”: 

“Kombinezon” qış mövsümünün başqa bir olmazsa olmazıdır. Bu geyim növü sizi həm dəbli göstərəcək, həm də soyuqdan qoruyacaq” 

İçi “qu” tükü və ya “sintiponla” olan “şişmiş” və həcmli gödəkçələr: 

“Hazırda bu tip “oversize” gödəkçələr ötən illərdəki kimi olduqca aktualdır. Təəccüblü deyil ki, bir çox modaçı sözün həqiqi mənasında bu geyim parçasına “bir könüldən min könülə” aşiqdirlər. Beləliklə, “şişmiş” gödəkçələr təkcə komfortlu və isti deyil, həm də dəbdədir. 

Qoyun dərisini xatırladan “dublyonkalar”: 

“İkinci ildir ki, qış mövsümünü “qoyun dərisi-aviator”suz təsəvvür etmək çətindir. Bu həm idman üslublu şalvar, həm də dəbli “max”i yubka ilə əlverişli görünən universal geyim parçasıdır. “Dublyonka”ların başqa bir üstünlüyü isə “gözəl” və “istilik” arasında bir kompromisin olmasıdır. 

“Legensi” 

İsti üst geyimlər tez-tez görünüşə həcm əlavə edir. Lakin “legensi"ni geyinməklə bədən quruluşunuzu balanslaşdıra bilərsiniz. Qalın “kapron” corabı xatırladan “legensi” rahat, yüngül və ən əsası isti saxlamaq qabiliyyətinə malikdir. 

Rəşad Əliyev, Bizim.Media







Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO