Vətən müharibəsində 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO

Vətən müharibəsində 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO

Hazırda oxunan: Vətən müharibəsində 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücum həyata keçirilib - FOTO

10867

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusu təlimlərdə türk əsgəri ilə son müharibə təcrübəsini bölüşəcək - EKSPERT - FOTO


Mərasimdə çıxış edənlər Ermənistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zər­bələrin endirilməsi, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçilərinin göstərdikləri qəhrəmanlıqlar qürur hissi ilə qeyd eiblər.

İşğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO