Şantaj olunduğu üçün intihar etmək istəyən qadını polis xilas etdi

Şantaj olunduğu üçün intihar etmək istəyən qadını polis xilas etdi

Hazırda oxunan: Şantaj olunduğu üçün intihar etmək istəyən qadını polis xilas etdi

108669

Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas edib. 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T. Abdullayeva Gəncə çayı üzərindəki körpülərdən birindən özünü atmaq istəyib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, həmin ərazidə xidmət aparan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb və onunla profilaktiki söhbətlər aparıblar. 

İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO