Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi İttifaqının (Aİİİ) iclasında iştirak etmək üçün Qırğızıstana gedib.
Bizim.Media xəbər verir ki, iclas iştirakçıları ümumi qaz bazarının formalaşdırılması, energetika sektorunda idarələrarası şuranın yaradılması, Aİİ məkanında inteqrasiyanın daha da dərinləşdirilməsi və vahid xidmətlər bazarının inkişafı məsələlərini müzakirə edəcəklər.
Həmçinin, əsas müzakirə mövzularından biri də birlik və BƏƏ arasında potensial azad ticarət sazişi olacaq.
Qeyd olunur ki, sammit çərçivəsində Rusiya lideri həmkarları ilə ikitərəfli formatda danışa biləcək.
Bizim.Media