FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib - FOTO 

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib - FOTO 

Hazırda oxunan: FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib - FOTO 

108611

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, təlimə nazirliyin Mülki müdafiə qoşunlarının hərbi hissələri cəlb olunub.

Təlim zamanı Mülki müdafiə qoşunları şərti olaraq zəlzələ, sel, subasma və digər şərti fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, dağıntı zonasında xilasetmə işlərinin aparılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsirli zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların ilkin həyat təminatının təmin edilməsi məqsədilə çadır şəhərciyində yerləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirilib. 

Ümumilikdə təlimə Mülki müdafiə qoşunları tərəfindən 1021 nəfərdən ibarət şəxsi heyət, 163 ədəd müxtəlif təyinatlı texnika cəlb olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO