BÜRCLƏRİN batil inancları – Qara pişikdən qorxan şirlər, gecə evi süpürməyən qızlar...

BÜRCLƏRİN batil inancları – Qara pişikdən qorxan şirlər, gecə evi süpürməyən qızlar...

Hazırda oxunan: BÜRCLƏRİN batil inancları – Qara pişikdən qorxan şirlər, gecə evi süpürməyən qızlar...

108581

Bəzi inanclar var ki, heç bir elmi əsası olmasa belə insanlar arasında onlara inam olduqca yayğındır. Bunlara batil inanclar da deyilir. Bəzi insanlar buna inanmasa da, bir çoxları batil inanclara çox ciddi yanaşırlar. Eyni zamanda batil inanclar bürclərə görə də fərqlilik göstərir.

Bizim.Media bürclərin batil inanclarını təqdim edir:

Qoç

Onlar hər nə qədər öz bildiklərini oxuyan insanlar olsalar da, bəzi batil inanclara sahibdirlər. Onların qulaqları cingildədikdə, kiminsə onun arxasıyca danışdığını düşünürlər.

Buğa

Yeyib-içməyə düşkün olan buğalar ən çox yer duz tökülməsinin uğursuzluq gətirəcəyinə inanırlar.

Əkizlər

Əkizlərin də batil inancları buğalarla oxşardır. Sadəcə olaraq, əkizlər masadan çəngəl yerə düşdükdə qonaq gələcəyini düşünürlər.

Xərçəng

Ailə münasibətlərinə olduqca önəm verəm xərçənglərin batil inancı da məhz bununla bağlıdır. Onlar sınmış güzgünün uğursuzluq gətirəcəyinə və ailə münasibətlərində problem yaranacağına inanır.

Şir

Şirlər maraqlıdır ki, qabaqlarından qara pişik keçəndə uğursuzluğun baş verəcəyi hissinə qapılırlar.

Qız

Təmizkarlıqları ilə seçilən qız bürcləri üçün gigiyena olduqca önəmli olsa da, gecələr ev süpürməyin uğursuzluq gətirəcəyinə inanırlar.

Tərəzi

Həyatındakı tarazılığın pozulmasından dərindən narahat olan tərəzilərin batil inancları bir yox, bir neçədir. Onlar əksər təsüdüfi olayların uğursuzluq gətirəcəyinə inanırlar.

Əqrəb

Əqrəblərin batil inancı daş-qaşlarla bağlıdır. Onlar bir tayı itmiş sırğadan istifadə etməyin uğursuzluq gətirəcəyinə inanırlar.

Oxatan

Digər bürclərdən fərqli olaraq oxatanların batil inancı uğursuzluqla yox, uğurla bağlıdır. Onlar evlərindən asdıqları at nalının şans gətirəcəyi qənaətindədirlər. 

Oğlaq

Oğlaqlar ad günü tortunun üzərindəki şamları bir nəfəsə söndürməyə olduqca önəm verirlər. Əks təqdiqdə, arzularının həyata keçməyəcəyini düşünürlər.

Dolça

Heç bir batil inancları yoxdur. Onlar elmi əsasları olmayan heç nəyə inanmırlar.

Balıqlar

Hisslərinə həddən artıq güvənən balıqlar heç bir şey olmasa belə birdən-birə “bu gün nə isə pis bir hadisə baş verəcək” düşüncəsinə qapıldıqları anda, bunun baş verəcəyinə özlərini inandırırlar.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO