Xaçmazda dəniz sahilində 4 suiti cəsədi aşkarlanıb - ÖZƏL/FOTO

Xaçmazda dəniz sahilində 4 suiti cəsədi aşkarlanıb - ÖZƏL/FOTO

Hazırda oxunan: Xaçmazda dəniz sahilində 4 suiti cəsədi aşkarlanıb - ÖZƏL/FOTO

108536

Xaçmaz rayonunun dəniz sahillərində bu gün ölmüş 4 suiti aşkar edilib.

Bu barədə Bizim.Media-ya Xaçmaz İH başçısının müavini, rayon FHK-nın sədri Bəxtiyar Osmanov məlumat verib.

Onun sözlərinə görə, suiti cəsədləri Xaçmazın Xəzər dənizi sahilində yerləşən Seyidli, Nabran kəndi ərzazisindəki sahil zolağında tapılıb. 

Hadisə yerinə Xaçmaz Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlət Nazirliyinin 5 saylı ərazi idarəsi və Qida Təhlükəsizliyi Agentliyinin rayon şöbəsinin əməkdaşları cəlb edilib.

Hazırda suiti cəsədlərindən nümunələr götürülür və nümunələr Bakıya - mərkəzi laborotatoriyaya göndəriləcək. Laboratoriya nəticələrinə əsasən, dəniz heyvanlarının ölüm səbəbi məlum olacaq.
Bundan əvvəl suitilərin kütləvi surətdə Rusiya, Qazaxıstan ərazisində də cəsədləri tapılmışdı.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO