İranla sərhəddə ƏMƏLİYYAT – 39 kq narkotik götürüldü

İranla sərhəddə ƏMƏLİYYAT – 39 kq narkotik götürüldü

Hazırda oxunan: İranla sərhəddə ƏMƏLİYYAT – 39 kq narkotik götürüldü

108513

Dekabr ayının 7-si saat 02:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd metadon M-40 psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO