Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur

Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur

Hazırda oxunan: Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur

108511

Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qanunun 42-ci maddəsi yeni redaksiyada verilir və maddəyə yeni bənd (42.3) əlavə olunur.

Yeni bəndə əsasən, uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.
Dəyişiklik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO