1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Bildirilib ki, onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.
Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 08.12.2022
Müharibə əlillərinə verilən birdəfəlik ödəmənin MƏBLƏĞİ AÇIQLANDI
Hazırda oxunan: Müharibə əlillərinə verilən birdəfəlik ödəmənin MƏBLƏĞİ AÇIQLANDI
Hazırda oxunan: Müharibə əlillərinə verilən birdəfəlik ödəmənin MƏBLƏĞİ AÇIQLANDI
108506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.