DÇ-2022: Hakim təyinatı rekord həddə çatdı

DÇ-2022: Hakim təyinatı rekord həddə çatdı

Hazırda oxunan: DÇ-2022: Hakim təyinatı rekord həddə çatdı

108482

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının bir oyununa təyin olunan hakim sayı rekord həddə çatıb.

Bizim.Media xəbər verir ki, turnirin 1/4 final mərhələsindən etibarən hər matçın hakimlər briqadasında 11 nəfər yer alacaq.

Bu, mundiallar tarixinin yeni rekordudur. DÇ-2022-nin qrup və 1/8 final oyunlarında 10 referi iş başında olub. Növbəti raunddan ehtiyat VAR köməkçisi də hakimlər briqadasına əlavə olunacaq.
Turnirdə 8 komanda qaldığından, FIFA Hakimlər Komitəsi referilərin sayını da azaldıb. 16 baş, 30 köməkçi hakim və 5 VAR köməkçisi dünya çempionatındakı işini yekunlaşdırıb.

Mundialın 1/4 final mərhələsinin ilk iki matçının hakim təyinatları da müəyyənləşib. Dekabrın 9-da keçiriləcək Xorvatiya – Braziliya görüşünü ingiltərəli Maykl Oliver, Niderland – Argentina qarşılaşmasını isə ispaniyalı Antonio Mateu Lahoz idarə edəcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO