Mələkxanım Əyyubovanın səhhətində problem yaranıb - VİDEO

Mələkxanım Əyyubovanın səhhətində problem yaranıb - VİDEO

Hazırda oxunan: Mələkxanım Əyyubovanın səhhətində problem yaranıb - VİDEO

108474

Xalq artisti Mələkxanım Əyyubovanın səhhətində problemlər yaranıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “İkinci həyat” proqramında məlumat verib. 

Klinikaların birində müayinədən keçən Əyyubova boynunda ağrılardan şikayətlənib. 

“Həkimlər söylədilər ki, sənin peşə xəstəliyin var. Dəf çalırıq, barmaqlarım ağrıyır. Səhnədə hündürdaban ayaqqabılar geyinirik, belimizə ağırlıq düşür. Çıxışlarımız zamanı istidən soyuğa və ya əksinə məkana daxil oluruq o zaman da bu, sağlamlığımıza təsirsiz ötüşmür.
Qan işləmir, boyun və baş ağrıları olur. Onurğam da ağrıyır. Hər zaman masaja üstünlük vermişəm. Gənclik illərimdən bu günə kimi masaja gedirəm. Bu masajlar məni ayaqda saxlayıb. Amma indi problemlər yaranıb. Həkimlər çox zaman deyirdilər ki, gəl ağrıyan hissəni əməliyyat edək. Amma bunlara razılaşmamışam”, - deyə Mələkxanım bildirib. 

Həkim – reabilitoloqun müayinəsindən sonra müəyyən olub ki, Xalq artistində osteoxondroz xəstəliyi var. Bildirilib ki, sənətkar bir müddət müalicə olunaraq, sağlamlığına qovuşacaq. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO