Şəkidə ibtidai sinif şagirdləri yol-hərəkət qaydalarından imtahan verdi - FOTO 

Şəkidə ibtidai sinif şagirdləri yol-hərəkət qaydalarından imtahan verdi - FOTO 

Hazırda oxunan: Şəkidə ibtidai sinif şagirdləri yol-hərəkət qaydalarından imtahan verdi - FOTO 

108400

Məktəblilərin yol-hərəkət qaydalarını dərindən mənimsəmələri və qəzalardan təhlükəsiz yayınmaları məqsədilə, Şəkidə ibtidai sinif şagirdləri yol-hərəkət qaydalarından imtahan verib 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Şəhər-Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev məlumat verib.  

Polis baş leytenantı bildirib ki, orta məktəblərdə, xüsusən ibtidai siniflərdə oxuyan şagirdlərin yol-hərəkət qaydalarını yaxşı mənimsəməsi üçün daha müasir və innovativ üsullardan istifadə edərək onların bu sahədə bilik və bacarıqlarının artırılmasına səy göstərirlər.

Növbəti belə görüşlərdən biri Şəki şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə keçirilib.  

Qeyd edilib ki, məktəb kollektivləri ilə razılıq əsasında tədbirin formatı bir qədər dəyişdirilib. Belə ki, məktəblilər ötən görüşdən bu günə öyrəndiklərinin hesabatını vermək üçün əvvəlcə DYP əməkdaşı ilə fikir mübadiləsi aparıb. Daha sonra məktəblilər əsasən yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini necə mənimsədikləri barədə sualları cavablandırıb.  

Eyni zamanda şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər səsləndirib, mahnılar ifa edib, səhnəciklər nümayiş etdirib.  

Tədbirin yekununda, polis baş leytenantı Tural Niftalıyev tədbirdə iştirak edən şagirdlərin hər birinə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidadi sinif şagirdləri üçün dərs vəsaiti olan "YOL HƏRƏKƏTİ ƏLİFBASI" kitabını hədiyyə edib. Həmçinin ən fəal məktəbliləri mükafatlandırıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO