Şəmkir və Tovuzun bir hissəsində qaz kəsildi – SIZMA VAR

Şəmkir və Tovuzun bir hissəsində qaz kəsildi – SIZMA VAR

Hazırda oxunan: Şəmkir və Tovuzun bir hissəsində qaz kəsildi – SIZMA VAR

108359

Şəmkir şəhərinin General Mehmandarov küçəsinə və Tovuz rayonunun Vahidli kəndinə təbii qazın verilişi dayandırılıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, buna səbəb qaz xətlərində aşkar edilmiş sızmalardır.

Hazırda Şəmkirdə təxminən 200, Tovuzda isə 150-yə yaxın abonentin qazı müvəqqəti kəsilib və sızmaların aradan qaldırılması istiqamətində iş aparılır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi mövzu ilə bağlı qeyd edib ki, "mavi yanacaq" təchizatının məhdudlaşdırılması ərazidə baş verən qaz sızması ilə bağlıdır: "Bu, planlaşdırılmış deyil, məcburi dayanmadır. Tezliklə təbii qazın verilişi bərpa ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO