Balasanyanın Volkovla Laçın dəhlizi ilə bağlı GİZLİ ANLAŞMASI

Balasanyanın Volkovla Laçın dəhlizi ilə bağlı GİZLİ ANLAŞMASI

Hazırda oxunan: Balasanyanın Volkovla Laçın dəhlizi ilə bağlı GİZLİ ANLAŞMASI

108276

“Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan və onun komandası dünəndən bəri ictimaiyyətin başının altına yumşaq yastıq qoymağa çalışır və deyirlər ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradılmayacaq və rentgen skanerləri hələ də müzakirə olunur. Lakin bizim mənbələrimiz bildirir ki, artıq cihazların quraşdırılması ilə bağlı razılıq əldə olunub və yaxın vaxtlarda onlar sülhməramlıların keçid məntəqəsində quraşdırılacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İrəvanın “Hraparak” qəzetində yer alıb. 

Nəşr yazır ki, sonda azərbaycanlılar Qarabağa daxil olan avtomobillərin sərnişinlərinə və baqajlarına ruslarla birgə onlayn nəzarət edəcəklər:

Qəzet qeyd edir ki, Rusiya sülhməramlılarının rəhbəri Andrey Volkov bir gün əvvəl Balasanyanla uzun-uzadı söhbət edib və anti-Rusiya əhval-ruhiyyəsini yaratmamaq üçün razılıq əldə ediblər. Nəticədə tərəflər danışığın məğzini gizlətmək qərarına gəliblər. 
“Hraparak” bununla bağlı sübutların olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO