ABŞ Türkiyəyə

ABŞ Türkiyəyə "F-16" satışını məhdudlaşdıran maddələri aradan qaldırdı

Hazırda oxunan: ABŞ Türkiyəyə "F-16" satışını məhdudlaşdıran maddələri aradan qaldırdı

108260

Nümayəndələr Palatasının qəbul etdiyi və Senatın gündəliyinə salınan F-16-ların Türkiyəyə satışına qoyulan məhdudlaşdırıcı maddələr ABŞ-ın müdafiə büdcəsinə daxil edilməyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “milliyet.com.tr” saytında yer alıb.

Mənbə yazır ki, Türkiyə və Yunanıstanı təkcə Egey və Aralıq dənizlərində deyil, Vaşinqtonda da qarşı-qarşıya gətirən “F-16 savaşında” səhərə doğru xoş xəbər alınıb. 

Yunan lobbisinin aylardır F-16 təyyarələrinin Türkiyəyə satışının qarşısını almaq cəhdi boşa çıxıb.

İyul ayında ABŞ Konqresinin Nümayəndələr Palatasına bəzi yunan əsilli siyasətçilərin imzası ilə qanun layihəsi təqdim edib. Qanun layihəsində müəyyən şərtlərlə Türkiyəyə 40 yeni F-16 təyyarəsi və 80 modernləşdirmə dəstinin satışını nəzərdə tutan bəndlər yer alıb. Və Nümayəndələr Palatasında layihə 179 əleyhinə olmaqla 244 səslə təsdiqlənib. 

Yunanıstanda bayram əhval-ruhiyyəsi yaradan qanun layihəsi ABŞ prezidenti Co Baydenin iyun ayında NATO-nun tarixi sammitində Türkiyəyə F-16-ların satışına yaşıl işıq yandırmasından iki həftə sonra “üzə çıxıb”. Layihəni Kris Pappas, Qus Bilirakis və Nikol Malliotakis kimi yunan əsilli nümayəndələr imzalayıb.

Yunan lobbisi də Senata təqdim edilən qanun layihəsinə oxşar maddələrin əlavə edilməsi üçün çox səy göstərib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez və Merilend ştatından senator Kris van Hollen qanun layihəsinin Senata göndəriləcək versiyasına F-16-nın satışını məhdudlaşdıran şərtlərin daxil edilməsini təklif ediblər, lakin bu qəbul edilməyib.

857 milyard dollarlıq müdafiə büdcəsi dünən yekunlaşdırılıb və qanun layihəsində F-16-ların Türkiyəyə satışına maneə törədən heç bir bənd yoxdur. Nümayəndələr Palatasının qəbul etdiyi məhdudlaşdırıcı maddələr qanun layihəsindən çıxarıldığı üçün Yunan lobbisi çox məyus olub.

ABŞ Konqresi F-16 təyyarələrinin Türkiyəyə satışını Co Bayden administrasiyasının masasına qoysa, yenidən etiraz yarana bilər.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan Senatın Xarici Əlaqələr Komitəsinin sədri Menendez və digər yunan əsilli siyasətçilər F-16-nın satışının qarşısını almaq üçün yeni addımlar atacaqlarını bəyan edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO