İspaniya millisinin baş məşqçisi Luis Enrike uğursuzluğa görə, üzr istəyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, L.Enrike sözügedən addımı Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş yığmasına məğlub olduqları üçün atıb.
52 yaşlı mütəxəssis yerli telekanallardan birinə müsahibəsində məyus olduqlarını söyləyib:
"Bağışlayın! Bizə görə həyəcanlandınız. Əmin olun ki, meydanda var gücümüzü ortaya qoyduq. İndi bizə yalnız Mərakeşi təbrik etmək qalır".
Qeyd edək ki, görüşün əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) Afrika təmsilçisi tarixində ilk dəfə 1/4 finala yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:36 / 06.12.2022
İspaniyanın baş məşqçisi azarkeşlərdən üzr istədi
Hazırda oxunan: İspaniyanın baş məşqçisi azarkeşlərdən üzr istədi
Hazırda oxunan: İspaniyanın baş məşqçisi azarkeşlərdən üzr istədi
108243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.