Millimizin basketbolçusu NBA məktəbində

Millimizin basketbolçusu NBA məktəbində

Hazırda oxunan: Millimizin basketbolçusu NBA məktəbində

108227

Azərbaycanın yeniyetmə basketbolçusu Hüseyn Qaflanov Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olub. 

Azərbaycan Basketbol Federasiyasından (ABF) Bizim.Media-ya verilən məlumata görə, istedadlı oyunçu 2024-cü ilin yayınadək bu məktəbdə xarici mütəxəssislər tərəfindən NBA-nın müasir tələblərinə uyğun məşqlərdə iştirak edəcək. 

2.06 metr boya malik 14 yaşlı idmançı orada basketbol biliklərini daha da təkmilləşdirərək gələcəkdə NBA seçimlərinə qatılmaq haqqı qazanmağa çalışacaq. 

Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının üzvüdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO